Ucnoqta.az
www.ucnoqta.az

Hindistan kosmosa robot göndərəcək

17:56 - 18 Yanvar 2019 tarixində dərc olunub.

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı digər ölkələr kimi kosmosa ilk olaraq heyvan göndərməyəcək.

Təşkilat uçuş üçün android-robot hazırlayır. Qeyd olunur ki, Hindistan istehsalı olan bu robot demək olar ki, hazırdır və yaxın zamanlarda sınaqlar başlayacaq.

Robotun 2020-ci ilin sonunda və 2021-ci ilin iyulunda kosmosa göndəriləcəyi nəzərdə tutulub.

Bu uçuşların uğurlu olacağı təqdirdə Hindistan 2021-ci ilin dekabrında pilotlu uçuş keçirə bilər.trend

Müəllif: