Ucnoqta.az
www.ucnoqta.az

Son iki gündə Sumqayıtda 11 nəfər dəm qazından zəhərlənib

10:29 - 18 Yanvar 2019 tarixində dərc olunub.

Son iki gündə Sumqayıtda 11 nəfər dəm qazından zəhərlənmə ilə əlaqədar Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına gətirilib.

Ucnoqta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, dəm qazından zəhərlənənlərin 7-si dünən, 6-sı isə bu gün xəstəxanaya gətirilib. Dünən xəstəxanaya yerləşdirilmiş 7 nəfərin 4-ü artıq evə buraxılıb.
İki nəfərin isə bu gün evə buraxılması nəzərdə tutulur.

Müəllif: