Ucnoqta.az
www.ucnoqta.az

Avtomobillərdən oğurluq edən saxlanılıb

13:14 - 17 Yanvar 2019 tarixində dərc olunub.

Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Məmmədov saxlanılıb.

​Araşdırma aparılır.

Müəllif: