Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Elmar Məmmədyarov həmsədrlərlə görüşüb</b></font>

17:23 - 15 Yanvar 2019 tarixində dərc olunub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) ilə görüşüb.

"Report" Azərbaycan XİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə olunub.

Müəllif: