Ucnoqta.az
www.ucnoqta.az

Masallıda evdən pul oğurlayan şəxs saxlanılıb

14:37 - 15 Yanvar 2019 tarixində dərc olunub.

Masallıda evdən 9 min manata qədər pul oğurlayan şəxs saxlanılıb.

DİN-dən verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də rayon ərazisindəki evlərin birindən 8667 manat oğurlamaqda şübhəli bilinən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vaqif Tağıyev saxlanılıb.

Müəllif: