Ucnoqta.az
www.ucnoqta.az

İtkin düşən Quba sakini tapıldı

11:46 - 15 Yanvar 2019 tarixində dərc olunub.

Qubada itkin düşən qadın tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayonun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva ötən il oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 14 yanvar 2019-ci il tarixdə Xaçmaz rayonu Arzu kənd ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Müəllif: