Ucnoqta.az
www.ucnoqta.az

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

10:29 - 15 Yanvar 2019 tarixində dərc olunub.

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

Müəllif: