Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 14-ə çatıb

13:44 - 11 Yanvar 2019 tarixində dərc olunub.

Gürcüstanın Kutaisi şəhərindəki tibb mərkəzlərindən birində 24 yaşlı gənc ağır qrip virusundan ölüb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, adı açıqlanmayın pasiyentin ölümünə səbəb “donuz qripi” adlandırılan A (H1N1) virusu səbəb olub. Həkimlər deyib ki, həmin gənc xəstəxanaya gec müraciət edib.
Xatırladaq ki, bu günə qədər qonşu ölkədə “donuz qripi”ndən 13 nəfər ölüb. 

Müəllif: