Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Qubada yanğın</b></font>: "Birja" mağazalar şəbəkəsində 6 dükan yandı

10:46 - 10 Yanvar 2019 tarixində dərc olunub.

Qubada mağazalar şəbəkəsində yanğın olub.

Hadisə naqillərdə baş verən qısaqapanmadan yaranıb. Rayonun Heydər Əliyev prospekti, 29-cu məhəllədə yerləşən "Birja" mağazalar şəbəkəsində baş verən yanğın nəticəsində şəbəkəyə daxil olan 5 mağaza yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb edilib. FHN əməkdaşları və sahibkarların köməyi ilə həmin mağazalardan 5-də olan malların bir qismi çıxarılsa da, 1 mağaza tam olaraq yanıb.

Artıq yanğının qarşısı alınıb.trend

Müəllif: