Ucnoqta.az
www.ucnoqta.az

Tanınmış rejissorun velosipedi oğurlandı – <font color=red><b>“450 manata almışdım”</b></font>

16:57 - 7 Yanvar 2019 tarixində dərc olunub.

“Qurtuluş-93” yaşayış kompleksində bir neçə oğurluq hadisəsi baş verib

Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində bir neçə oğurluq hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, iki avtomobilin müxtəlif detalları və tanınmış rejissor Ramin Hacıyevin velosipedi oğurlanıb. Ramin Hacıyev Ucnoqta.az-a açıqlamasında bildirib ki, hadisə ötən həftə baş verib. Yaşadığı binanın balkonuna daxil olan oğru velosipedi oğurlayıb: “Təzəlikcə 450 manata almışdım. Oğurlandı. Hələ polisə müraciət etməmişəm. Gedib ərizə yazacam”.

Müəllif: