Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə iki avtomobil toqquşub- <font color=red><b>bir nəfər ölüb</b></font>

14:24 - 7 Yanvar 2019 tarixində dərc olunub.

Gəncə şəhərinin Xətai prospektində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, yanvarın 6-da saat 1 radələrində Gəncə şəhərinin Xətai prospektində şəhər sakini Ceyhun Alıyevin idarə etdiyi “VAZ-2107” və Şəmkir rayon sakini Sakit Həsənovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə C.Alıyevin sərnişini Aydın Qəribov hadisə yerində ölüb, sürücülər xəstəxanaya yerləşdiriliblər.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: