Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə iki avtomobil toqquşub, <font color=red><b>ölən və yaralanan var - FOTO</b></font>

11:12 - 4 Yanvar 2019 tarixində dərc olunub.

Sürücülərdən biri hadisə yerində ölüb

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mirzəxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü isə ağır xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: