Ucnoqta.az
www.ucnoqta.az

Danimarkada qatar qəzası, ölənlər var

13:54 - 2 Yanvar 2019 tarixində dərc olunub.

Danimarkada yük qatarının Fyun və Zelandiya adalarını Böyük Belt boğazı vasitəsilə birləşdirən körpüdə qəflətən dayandırılması səbəbindən qəza baş verib.

 Fyun polisi hadisə nəticəsində 6 nəfərin həlak olduğunu bildirir. Körpü bağlanıb.

DSB dəmiryol şirkətinin mətbuat xidməti isə məlumat yayıb ki, səhər saatlarında qatar hələ ki məlum olmayan predmetlə toqquşduqdan sonra maşinist qəflətən əyləci basıb.trend

Müəllif: