Ucnoqta.az
www.ucnoqta.az

Xızıda BMW yanıb

11:35 - 31 Dekabr 2018 tarixində dərc olunub.

Xızı rayonunun Yeni Yaşma kəndində BMW yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “BMW” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: