Ucnoqta.az
www.ucnoqta.az

Ağsuda ana ölümü hadisəsi baş verib

10:27 - 31 Dekabr 2018 tarixində dərc olunub.

Ağsu rayonunda ana ölümü hadisəsi baş verib.

Hadisə ötən gün axşam saatlarında rayon xəstəxanasında qeydə alınıb. İlkin məlumata görə, Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədova Ayşən Sadiq qızı kəskin qan laxtalanması diaqnozu ilə xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, A.Məmmədova dekabrın 25-i normal doğuşla uşaq dünyaya gətirib və 3 gün sonra evə buraxılmışdı.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.report

Müəllif: