Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da təyyarə evlərin üzərinə düşüb

19:27 - 26 Dekabr 2018 tarixində dərc olunub.
ABŞ-ın Cənubi Dakota ştatında yüngülmühərrikli təyyarə yaşayış evlərinin üzərinə düşüb. Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub. Qeyd olunur ki, hadisə Milad axşamı baş verib. Qəza nəticəsində bir neçə ev yanıb. Dörd evin sakinləri təxliyə olunub.
Müəllif: