Ucnoqta.az
www.ucnoqta.az

Bakıda maşın aşdı - sürücünün qayınanası öldü

16:19 - 24 Dekabr 2018 tarixində dərc olunub.

Ramanada yol qəzası baş verib.

DİN-dən verilən məlumata görə, dekabrın 23-də saat 14 radələrində Bakı şəhər sakini Sübhan Məmmədov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan qayınanası M.İsmayılova orada ölüb.


Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: