Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə mənzildən meyit tapılıb

13:40 - 18 Dekabr 2018 tarixində dərc olunub.

Mingəçevir şəhərində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-ci il təvəllüdlü Əhmədov Elşən Zülfüqar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Müəllif: