Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>"Şou əhli mənə söz ata-ata gündəmdə saxlayır"</b></font> - Pərvin

16:46 - 18 Dekabr 2018 tarixində dərc olunub.

"Azərbaycanda nə evimi, nə də maşınımı satmışam. Hamısı yerindədir. İstanbuldayam, təhsilimlə məşğulam. Ən yaxşı müəllimlərdən dərs alıram".

Bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqramda canlı yayımda olarkən deyib. O bildirib ki, İstanbulda aktrisalıq dərslərinə başlayıb: "Rahat, sakit oynayanda bizim rejissorlar irad bildirir ki, şişirt, duyğularını qabart. Burada sakit, özün kimi oynayırsan. Burada Azərbaycanda gördüklərin keçmir. Təhsil alacam, 3 film var. Sonra bilmirəm Bakıya gələcəm, yoxsa yox. Gələcəyin qərarıdır".

Pərvin "Maşın" şou ilə bağlı suallara isə belə cavab verib: 

"Mənsiz "Maşın" şou maraqsızdır. Hamının işi mənimlədir. Mənimlə intiriqa yaradanda maraqlı olur da. Əslində, gündəmdə qalmaq üçün nəsə etmirəm. Şou-biznes əhli mənə söz ata-ata məni gündəmdə saxlayır".axsham.az

Müəllif: