Ucnoqta.az
www.ucnoqta.az

Salyanda yol qəzası olub: 1 nəfər ölüb

09:57 - 16 Dekabr 2018 tarixində dərc olunub.
Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Hundai” markalı avtomobil qarşıda gedən “Opel” markalı maşına arxadan çırpılıb. Nəticədə “Hundai”nin Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: