Ucnoqta.az
www.ucnoqta.az

Oqtay Əsədov Gürcüstanın yeni Prezidentinin inauqurasiyasında iştirak edəcək

22:13 - 12 Dekabr 2018 tarixində dərc olunub.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov dekabrın 16-da Gürcüstana səfər edəcək.

Parlament sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın yeni Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak edəcək.

Qeyd edək ki, S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da Telavi şəhərində keçiriləcək.report

Müəllif: