Ucnoqta.az
www.ucnoqta.az

“Dünya gözəli-2018”in qalibi məlum olub <font color=red><b>-FOTO</b></font>

23:32 - 8 Dekabr 2018 tarixində dərc olunub.

Çinin Sanya şəhərində keçirilən “Dünya gözəli-2018” müsabiqəsinin qalibi bəlli olub.

Bu titula Meksikadan Vanessa Ponse layiq görülüb. İkinci yeri isə taylandlı Nikolin Piçapa tutub. Üç saat davam edən final mərhələsində 30 namizəddən 5 ölkənin (Belarus, Meksika, Tayland, Uqanda və Yamayka) modeli fərqlənib.

Vanessanın tacını keçən il qalib olan hindistanlı Manuşi Çhillar təqdim edib.

Xatırladaq ki, “Dünya gözəli” beynəlxalq yarışması ilk dəfə 1951-ci ildə keçirilib. Bu il keçiirlən yarışmada isə 18-26 yaş arası dünyanın 118 ölkə və regionundan qızlar iştirak edib. “Dünya gözəli” yarışması 2011-ci ildən Sanya şəhərində keçirilir.trend

Müəllif: