Sumqayıtda "KAMAZ” markalı yük avtomobili və "VAZ" markalı minik avtomobili toqquşub.
FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin, 1985-ci il təvəllüdlü Nəsibov Zaur Musa oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.