Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Xəbərdarlıq</b></font>: Hava qeyri-sabit keçəcək

13:21 - 5 Dekabr 2018 tarixində dərc olunub.

Ölkə ərazisində yaxın günlərdə gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 7-dən dekabrın birinci ongünlüyünün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Müəllif: