Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə iki avtomobil toqquşdu - <font color=red><b>Ölən var</b></font>

17:14 - 3 Dekabr 2018 tarixində dərc olunub.

İmişli şəhərinin P.Həsənov küçəsində yol-nəqliyyat hadisəsi qəza baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 1-də saat 18 radələrində İmişli şəhəri P.Həsənov küçəsində şəhər sakinləri Elman Əliyevin idarə etdiyi “Hyundai” və Vüqar Quliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş V.Quliyev orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: