Ucnoqta.az
www.ucnoqta.az

Angela Merkel: <font color=red><b>"Almaniya Dağlıq Qarabağ münaqişəsinə göz yuma bilməz"</b></font>

13:52 - 30 Noyabr 2018 tarixində dərc olunub.

Rusiya ilə qonşu ölkələrdəki münaqişələr onların istədikləri kimi inkişaf etməsinə əngəl törədir

 "Almaniya post-sovet məkandakı münaqişələrə göz yuma bilməz". “Report” xəbər verir ki, bunu Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Angela Merkel deyib.
“Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin, Ukraynanın şərqindəki münaqişənin olduğunu görərsiniz”, kansler deyib.

Onun sözlərinə görə, bu münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etməsinə əngəl törədir: "Buna göz yuma bilmərik”.

Müəllif: