Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>2019-cu ilin dövlət büdcəsi təsdiqləndi</b></font>

12:33 - 30 Noyabr 2018 tarixində dərc olunub.

 Bu gün Milli Məclisin plenar iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin müzakirəsi yekunlaşıb.

Parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 168 mln. manat, xərclərini 25 190 mln. manat, büdcə kəsrini 2 022 mln. manat səviyəsində təsdiqləyib. 2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər gəlirlərin payına düşür.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.report

Müəllif: