Ucnoqta.az
www.ucnoqta.az

Tramp Vladimir Putinlə görüşdən imtina edib

22:46 - 29 Noyabr 2018 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə nəzərdə tutulan görüşdən imtina edib.

​ "Report" "Hürriyet"ə istinadən xəbər verir ki, buna səbəb Ukrayna ilə Rusiya arasında Kerç boğazında baş vermiş gərginlikdir. Qeyd edək ki, hər iki lider arasında Argentinada noyabrın 30-dan dekabrın 1-dək keçiriləcək G-20-liyin sammiti çərçivəsində görüş planlaşdırılmışdı.

Müəllif: