Ucnoqta.az
www.ucnoqta.az

Yardımlı rayonunda avtomobil yolunun tikintisinə 9 milyon manat ayrılıb <font color=red><b>-Sərəncam</b></font>

19:07 - 28 Noyabr 2018 tarixində dərc olunub.

Prezident İlham Əliyev Yardımlı rayonunun Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 20 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

​Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəllif: