Ucnoqta.az
www.ucnoqta.az

Xilasedicilər əli ətçəkən maşında qalan azyaşlını xilas edib

10:59 - 27 Noyabr 2018 tarixində dərc olunub.

Abşeron rayonunun Masazır qəsəbəsində 1 nəfər azyaşlının əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.

Əməliyyat başa çatıb.

Müəllif: