Belarus paytaxtı Minskdə “Junior Eurovision 2018” mahnı müsabiqəsinin finalı keçirilib.
Yarışmada Azərbaycanı təmsil edən Fidan Hüseynova “I Wanna Be Like You” mahnısını səsləndirib. O, 47 səs toplayaraq 16-cı yerə layiq görülüb.
Müsabiqənin qalibi isə “Anyone I Want To Be” mahnısını səsləndirən Polşa təmsilçisi Roksana Wegiel olub. O, 217 səs toplayıb.
Qeyd edək ki, finalda Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Azərbaycan, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri yarışıblar.report