Çində 4.9 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo”nun “Tass” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Sintszyan-Uyğur muxtar rayonunda qeydə alınıb. Zəlzələnin episentri 22 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.