Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan 70 nəfər saxlanılıb

10:48 - 24 Noyabr 2018 tarixində dərc olunub.
Noyabrın 23-dən 24-dək respublikanın daxili işlər orqanları tərəfindən 114 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin cinayətlərin 18-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub, axtarışda olduğuna görə ümumilikdə 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Müəllif: