Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə qayıqda qalmış şəxslər xilas edilib

20:58 - 23 Noyabr 2018 tarixində dərc olunub.

Xəzər dənizində qayıqda köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən, 20 km dənizin içinə doğru) taxta qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfər Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində xilas olunub.

​Xilas olunan şəxslər gəmi ilə sahilə gətirilib.

Müəllif: