Ucnoqta.az
www.ucnoqta.az

Binəqədinin yeni icra başçısı rəisi vəzifəsindən azad etdi

14:21 - 20 Noyabr 2018 tarixində dərc olunub.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev rəisi işdən azad edib.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, Elxan Allahverdiyev Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Məmmədov Azər Bəybala oğlunu tutduğu vəzifədən azad edib. Onun yerinə isə Zamanov Elmin Elbəyi oğlu təyin edilib.

Binəqədi rayon İcra Hakimiyyətindən xəbəri Unikal.org-a təsdiqləyiblər.

Müəllif: