Ucnoqta.az
www.ucnoqta.az

Bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

14:07 - 20 Noyabr 2018 tarixində dərc olunub.

Vətəndaşın bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Həsənov bankomat kartının oğurlandığını və hesabındakı 790 manatın çıxarıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Piral kənd sakini Nəbi Butayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: