Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var - <font color=red><b>FOTO</b></font>

20:26 - 19 Noyabr 2018 tarixində dərc olunub.

Bərdə rayonunda yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Həsənqaya kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Ford" markalı mikroavtobusla "Moskviç" markalı minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və minik avtomobilinin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: