Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə 17 yaşlı qız itkin düşüb

12:38 - 18 Noyabr 2018 tarixində dərc olunub.
Gəncədə yeniyetmə qız itkin düşüb. Trend-in məlumatına görə, hadisə şəhərin Ələkbər Seyfi küçəsində baş verib. Həmin küçədə yaşayan Nağıyev Arzu Bayram oğlu Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq bildirib ki, 2001-ci il təvəllüdlü Nağıyeva Günay İsrafil qızı noyabrın 16-da evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.
Müəllif: