Ucnoqta.az
www.ucnoqta.az

ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq

09:35 - 18 Noyabr 2018 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, ABŞ yaxın günlərdə, çox güman çərşənbə axşamı, noyabrın 20-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda jurnalist Camal Qaşıqçının qətli ilə bağlı "ətraflı hesabat" dərc edəcək.

​“Report” TASS-a istinadən xəbər verir ki, Kaliforniya ştatından olan Amerika liderinin sözlərini "Associated Press" sitat gətirib. Siyasətçi bildirib ki, hesabatda bunu [jurnalistin qətlini kimin törətdiyi] kimin etdiyi öz əksini tapacaq.

Müəllif: