Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan Trampla görüşüb

09:47 - 11 Noyabr 2018 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşüb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, iki ölkə lideri Fransa prezidenti Emmanuel Makron adından Parisdə verilən rəsmi ziyafətdə yanaşı oturublar. Məlumata əsasən, ziyafət zamanı prezidentlər arasında qısa söhbət olub.
​Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Fransaya Birinci Dünya Müharibəsinin 100 illiyi münasibəti ilə tədbirdə iştirak etmək üçün səfərə gəlib.

Müəllif: