160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən avtobuslar yenilənib.
BNA-dan Ucnoqta.az-a verilən məlumata görə, bu gün səhərdən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçirilir.
Bundan əlavə olaraq, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən Binə-Sovxoz qəsəbədaxili marşrutu üzrə avtobuslar da yenilənib.
Qeyd edək ki, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verilərək, “Çinar-Trans” MMC-yə həvalə edilib.