Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisə yola düşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfərdə məqsəd Birinci Dünya müharibəsinin bitməsinin yüzillik mərasimi və Paris Sülh Forumunda iştirak etməkdir.