Ucnoqta.az
www.ucnoqta.az

DTX-də yeni təyinat olub

19:28 - 9 Noyabr 2018 tarixində dərc olunub.

Dövlət Təhlükəsizlik Xidmətində (DTX) yeni təyinat olub. 

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Yaşar İsakov DTX-nin məsul vəzifəyə təyin edilib.
Qeyd edək ki, Y.İsakov daha əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Ondan öncə isə Y.İsakov "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub, məqalələri "Day.az", "1News.az", "Aznews.az" saytlarında, "Exo" və "Naş vek" qəzetlərində dərc olunub.

​Qeyd edək ki, Y. İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib. Yaşar İsakov Penitensiar xidmətdəki vəzifəsindən 2016-cı ilin mayında öz arzusu ilə ayrılmışdı.SalamNews

Müəllif: