Ucnoqta.az
www.ucnoqta.az

Səbaildə avtomobil piyada zolağını keçən şəhər sakinini vurub

17:04 - 8 Noyabr 2018 tarixində dərc olunub.

Səbaildə piyada zolağını keçən şəhər sakinini maşın vurub.

DİN-dən verilən məlumata görə, noyabrın 7-də saat 9 radələrində Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində Bakı şəhər sakini Dilqəm Umudov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada zolağında yolu keçən Yardımlı rayon sakini Cavid Nemətlini vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: