Ucnoqta.az
www.ucnoqta.az

Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

16:20 - 8 Noyabr 2018 tarixində dərc olunub.

9 noyabr–Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Ucnoqta.az-a veriklən məlumata görə, 10 noyabr tarixindən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda 15 "ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi də fəaliyyət göstərir.

Müəllif: