Ucnoqta.az
www.ucnoqta.az

Ramil Usubov Sumqayıtda qəbul keçirəcək

17:51 - 8 Noyabr 2018 tarixində dərc olunub.

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il noyabr ayının 24-də saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

DİN-dən verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Müəllif: