Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada hərbi zavodda yanğın olub

15:25 - 7 Noyabr 2018 tarixində dərc olunub.

Rusiyanın Yekaterinburq şəhərindəki "Vektor" hərbi zavodunda yanğın baş verib.

Yanğın zavodun dam örtüyündə olub, sonra havalandırma sisteminə keçib. Yanğının əhatə sahəsi hələ məlum deyil.

Müəssisənin əməkdaşları təxliyə edilib. Zavodda 300-400 nəfər işçi çalışır.

Qeyd edək ki, "Vektor" zavodu hərbi təyinatlı rabitə aparatları və radiolokasiya stansiyalarının istehsalında ixtisaslaşıb.trend

Müəllif: