Ucnoqta.az
www.ucnoqta.az

Gələn il büdcə təşkilatlarında çalışanların əmək haqları artırılacaq

12:19 - 7 Noyabr 2018 tarixində dərc olunub.

“Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin 2019-cu ildə əmək haqlarının artırılması qərarı verilib”.

Bunu Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə yaradılması məqsədi ilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur: “Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb”.

Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində,əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub.report

Müəllif: