O, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Azər Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, hadisə bu il Bakının Cavadxan küçəsində yerləşən mənzildə baş verib. O, həyat yoldaşı Məhəbbət Şıxıyevanı bıçaqlayıb.
A.Əhmədov barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən afam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.report