Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Qazax yolunda 60 yaşlı kişini avtomobil vurub

21:38 - 5 Noyabr 2018 tarixində dərc olunub.

Bakı-Qazax yolunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş verib. Rayonun Qovlar qəsəbə sakini, 1958-ci il təvəllüdlü Nəsibov Nizami Yusif oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Qapalı kəllə-beyin travması alan N.Nəsibov xəstəxanaya yerləşdirilib.
​Faktla bağlı araşdırma aparılır.trend

Müəllif: